Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

Azərbaycan qaziləri Ankarada görüşlər keçirir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət geniş tərkibli nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında oldular. Bu sahədə iki tərəfli əməkdaşlığın perispektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açıldı. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri,general Erdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşdülər. Görüşdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət etdilər. Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir. 

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir