Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.

“Report” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir