Bazar , 14 Dekabr 2025
Drone Cameras

Azərbaycanlı müəllimlər etiraz aksiya keçirdi – Təbrizdə

Təbriz şəhərində təqaüdçü müəllimlər Beynəlxalq Müəllimlər Günündə etiraz aksiyası keçiriblər.

Boyukmillet.com xəbər verir ki, etiraz aksiyası Şərqi Azərbaycan Təhsil Şöbəsinin binası qarşısında baş tutub.

Müəllimlər təqaüdlərinin gecikdirilməsi, müəllimlərlə digər peşə sahiblərinin təqaüdləri arasında olan ciddi fərq, məişət problemləri və s. kimi məsələlərə etiraz ediblər. Etirazçılar üzərində “Həbsdəki müəllimləri azad edin”, “Korrupsiya azalarsa, bizim problemimiz öz həllini tapar”, “Yoxsulluq həddi 4 milyon tümən, bizim təqaüdümüz 1 milyon”, “Pulsuz və keyfiyyətli təhsil şagirlərin haqqıdır” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Qeyd edək ki, İranda müəllimlər ən az maaş alan hökumət işçiləri sırasındadır.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir