Bazar , 8 Mart 2026
Drone Cameras

Putindən Kürdüstan açıqlaması: Sanksiya tətbiq edilsə…

İraq Kürd Muxtariyyətinə neft sanksiyası tətbiq etmək qiymətlərin yüksəlməsinə səbəb olacaq.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya enerji həftəsində çıxışı zamanı deyib.

“Sanksiya tətbiq edilməsi qlobal enerji bazarlarına təsir edəcək, qiymətlər yüksələcək. Bununla maraqlananların sayı çox azdır. Real həyatda baş verəcəklərə daha diqqətlə baxmaq lazımdır. İstənilən təklif vəziyyəti provakasiya etməməlidir”, – Putin bildirib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumundan dərhal sonra rəsmi Bağdad xarici ölkələrə Ərbillə neft ticarətini dayandırmaq barədə çağırış etmişdi.

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir