Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.

Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.

Fatla bağlı araşdırma aparılır.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …