Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azad edilən ərazilərdə daha 56 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, iyunun 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 31 mina və 147 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 774 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …