Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azad edilən ərazilərdə daha 82 partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan  verilən məlumata görə, martın 7-dən 12-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 7, tank əleyhinə 27 mina və 82 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 86,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …