Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin yanvarın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 540, tank əleyhinə 4 802 mina və 13 444 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 7 180 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …