Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azad olunan ərazilərlə bağlı qəbul imtahanının məzmununda dəyişiklik ediləcək

Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi barədə yeniliklər olacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtaha Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, azad olunan ərazilərin tək işğal tarixi yox, azad olunması tarixləri də imtahan məzmununda əks olunacaq: “Bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahanı keçiriləcək. Noyabr ayında yeni blok imtahanları keçiriləcək. Yeni proqramlar müzakirə olunub dərsliklər üzərində monitronq aparılıb. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyyət imkan verərsə yanvar ayından sınaq imtahanları keçiriləcək”.

Check Also

Azərbaycanlı şagird ABŞ-də keçirilən beynəlxalq olimpiadada dünya birincisi olub

Azərbaycanlı 5-ci sinif şagirdi Ziya Novruzsoy ABŞ-nin Texas ştatında Rays Universitetində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında …