Şənbə , 6 Dekabr 2025
Drone Cameras

AZAL Ermənistanın hava məkanından istifadə etməyə başlayıb

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə AZAL-dan məlumat verilib. 

“Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq.

Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər”, – aviaşirkət bəyan edib.

Check Also

Çoxmərtəbəli binalara qazın verilməsi dayandırılacaq: Yeni sistem belə işləyəcək

Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların …