Bazar , 19 Yanvar 2025
Drone Cameras

AZAL: Füzuli aerovağzalının tikintisi üçün 240 ha ərazi minadan təmizlənib

“Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib: “Həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir. Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın gücü 1000 kVA olan iki ədəd transformator binasının tikintisi başa çatıb. Hazırda sahəyə Füzuli 110 kVA, 35 kVA və 10kVA gücündə transformatorlardan elektrik enerjisi paylanılır”.

AZAL rəsmisi onu da qeyd edib ki, Zəngilanda və Laçında aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi müəyyən edilmiş sahələri minalardan tam təmizləməlidir: “Hazırda ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir”.

Check Also

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” …