Şənbə , 10 Yanvar 2026
Drone Cameras

AZAL Təbrizə reys açır və Tehrana reyslərin sayını artırır

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.

Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılacaq.

Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.

AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Check Also

Bakı-Moskva-Bakı marşrutu üzrə bəzi reyslər LƏĞV OLUNDU

Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən …