Cümə , 19 Aprel 2024
Drone Cameras

Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü – FOTOLAR

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün şəhid Fərman Məlikovun adını daşıyan parkda seçicilərlə görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların təklifi ilə 8 binanın həyətinə baxış keçirib. Seçicilərin qaldırdığı məsələlərin hamısını seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən məsələlərin həlli istıqamətində müvafiq addımların atılacağını bildirib.

Daha sonra Azay Quliyev seçicilərdən ikisinin dəvəti ilə onların mənzillərində olub və problemləri ilə maraqlanıb.

Görüşdə çıxış edən seçicilər Azay Quliyevin deputat kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini və növbəti 5 ildə də Milli Məclisdə onları təmsil etməsini istədiklərini bildiriblər.

Xatırladaq ki, 8 Saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev təbliğat-təşviqat kampaniyası başlayan gündən mütəmadi olaraq hər gün seçicilərlə fərdi və kütləvi görüşlər keçirir.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …