Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azay Quliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsaiti artırmağa çağırdı

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına ayrılan vəsaitlə bağlı məsələ qaldırdı.

“Hesab edirəm ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsait artırılmalıdır. Hazırda icma öz fəaliyyətini xeyli aktivləşdirib. Lakin ayrılan vəsaitə baxsaq, görərik ki, bu vəsait icmanın fəaliyyətini əhatə etmir”.

A.Quliyev qeyd etdi ki, son zamanlar Dağlıq Qarabağdakı separatçı qurumun fəallaşdığını da nəzərə alıb Dağlıq Qarabağın Azərbaycanlı icmasına ayrılan vəsaitə yenidən baxmalıyıq: “Bu vəsait ən azı iki dəfə artırılmalıdır. Büdcə layihəsində icmaya cəmi 200 min manat ayrılıb. Lakin vəsaitin artırılması yaxşı olardı”.

Deputatın sözlərinə görə, işğal olunmuş digər rayonların da büdcəsinə baxmalıyıq ki, işğal günlərində ölkə xaricində də bir sıra tədbirləri həyata keçirsinlər.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …