Cümə , 13 Mart 2026
Drone Cameras

Azay Quliyev seçicilərilə növbəti görüş keçirib

Bu gün deputat Azay Quliyev Binəqədi Gənclər Evində seçiciləri ilə növbəti görüşünü keçirib.


Boyukmillet.com xəbər verir ki, seçicilər əfv, məşğulluq və onları narahat edən digər problemləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov iştirak edib.

e9cc98c0-101c-4bcb-ab47-748c06436b9c.jpg (70 KB)
eae13ea3-0819-4974-9149-a82ab49abe65.jpg (81 KB)

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …