Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində görüş keçirib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.

Boyukmillet.com xəbər verir ki,  Agentlik rəsmiləri Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə görüş keçirilib. 

Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.

Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək  Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.

Check Also

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …