Cümə , 19 Aprel 2024
Drone Cameras

Azay Quliyevin bugünkü görüşlərində qələbəlik yaşandı – FOTOLAR

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mikrorayonda bir sıra ünvanlarda seçicilərilə növbəti görüşünü keçirib.

Azay Quliyevin Seçki Qərargahından  Turkustan.info-ya verilən məlumata görə, öncə Abay Kunanbayev 3-də seçicilərin müraciəti əsasında abadlaşdırılan məhəllənin sakinləri və ziyalıları ilə görülən işlər barədə danışılıb. Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların hər bir müraciətini diqqətdə saxladığını bildirib.

Azay Quliyev deputat-seçici kommunikasiyasını daha da inkişaf etdirərək 2020-ci ildə ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet (e-kabinet) yaratdığını deyib. O, bildirib ki, e-kabinet seçici müraciətlərinin daha operativ və səmərəli həllinə xidmət edir.

Görüşdən sonra Azay Quliyev Abay Kunanbayev küçəsi 3, 3A, 5A, 5B , 5V, 5/13, 7A, 7B və 10 ünvanlarında yerləşən binaların həyətlərini gəzərək sakinlərlə söhbət edib. A.Quliyev seçiciləri narahat edən problemlərin həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …