Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

“Azercell” satıldı – 222 milyon avroya

İsveçin “Telia” şirkəti “Azercell Telecom”dakı payını satıb.

Söhbət Şirkətin mobil rabitə operatorunda 51,3%-lik paydan gedir.

Həmin pay 222 mln. avroya (273,5 mln. ABŞ dollarına) Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə satılıb.

Bununla da telekommunikasiya nəhəngi “Telia” Azərbaycan bazarını tərk edib.

Qeyd edək ki, oxşar qərar bundan əvvəl Nepal, Tacikistan və Gürcüstanla bağlı qəbul edilib. Hazırda Şirkət Özbəkistan, Qazaxıstan və Moldovada fəaliyyət göstərir. “Report”

Check Also

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir