Cümə , 22 Noyabr 2024
Drone Cameras

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi 6 ölkə ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi ilə dünyanın 7 mərkəzi arasında beynəlxalq əməkdaşlıq sazişləri imzalanıb.

Boyukmillet.com xəbər verir ki, saziş Yaponiya, ABŞ, Kanada, Türkiyə, Xorvatiya və Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri ilə bağlanıb.

Əməkdaşlıq sazişləri “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi çərçivəsində imzalanıb.

Sənədlərdə birgə əməkdaşlıq, elmi-texnoloji təcrübə mübadiləsi, qarşılıqlı tədqiqat imkanlarının yaradılması, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi və bu kimi məsələlər yer alıb.

Qabaqcıl mərkəzlərlə əməkdaşlıq AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinə geniş tədqiqat imkanları, dünya ölkələrində mövcud olan ən son seysmik texnologiya və metodların Azərbaycana gətirilməsinə, eləcə də ölkəmizdə bina və qurğuların seysmik dayanıqlığının daha da artırılmasına zəmin yaradacaq.

Qeyd edək ki, saziş imzalanan Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzləri dünyanın ən qabaqcıl texnologiyalarına sahib tədqiqat mərkəzləridir. Xüsusilə Portuqaliyanın Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi tədqiqat imkanları və laboratoriyalarına görə Avropanın ən güclü seysmik elm müəssisəsi hesab olunur.

Check Also

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bu …