Bazar , 8 Fevral 2026
Drone Cameras

AzTV-də polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş verib.

Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadənin xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin …