Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı tamamlanıb

Sumqayıt şəhəri ərazisində martın 31-də dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Boyukmillet.com xəbər verir ki, istintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Check Also

Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı …