Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Bəhreyn və Qətər diplomatik münasibətləri bərpa edir

Bəhreyn və Qətər 2017-ci ildə kəsilən diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “BNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, razılıq Bəhreyn-Qətər komitəsinin ikinci iclası zamanı əldə olunub.

Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Müqaviləsinin müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası qərara alınıb.

Xatırladaq ki, 2017-ci ildə Bəhreyn digər Körfəz ölkələri ilə birlikdə Qətərlə əlaqələri kəsib.

Check Also

Heqset: Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir

Hörmüz boğazında gəmilərin hərəkətinə İran yox, ABŞ nəzarət edir. Boyukmillet.com xəbər verir ki, ABŞ-nin müharibə …