Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

Boyukmillet.com xəbər verir ki, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …