Cümə , 13 Mart 2026
Drone Cameras

Bərdədə qanunsuz narkotik satışı ilə məşğul olan şəxs həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb.

Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və 29 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb və V.Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …