Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Bəxtiyar Əsgərov: Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə yayılmış xəbərlər yalandır

Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə bağlı həbs edildiyi barədə xəbərlər yayılıb. Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib.

B.Əsgərov qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardığı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik deyil, həm də ağılsızlıqdır: “Tam məsuliyyətlə qeyd edirəm ki, muxtar respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doğru və düzgün informasiyaya dəstəyini ifadə edib”.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …