Bazar , 28 Aprel 2024
Drone Cameras

Bağanis-Ayrım həqiqətləri: Diri-diri yandırılanlardan biri 39 günlük körpə olub- VİDEO

 Qazaxın Bağanıs-Ayrım kəndi ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan bir kənd kimi tarixə düşməklə yanaşı, həm də dünyanın ən böyük dəhşəti və faciəsindən birinin yaşandığı məkandır.

Bu gün tarix sübut edir ki, Bağanıs-Ayrımda baş verənlər ermənilərin Azərbaycan torpaqlarında törətdiyi qətliamla yanaşı, analoqu olmayan bir faciə idi. Bu qətliamdan bizi 34 illik bir zaman kəsiyi ayırır. Belə ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər bağanıs-ayrımlılara amansız bir divan tutdular.

Yaşlılara, qadınlara, uşaqlara belə aman vermədən, kənd gülləbaran edildi, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürüldü. Dünya ermənilərin görünməyən zülmünün, xüsusi qəddarlığının ilk dəfə məhz o gecə şahidi oldu.

Boyukmillet.com Azərtac-ın hazırladığı video-materialı təqdim edir:

Check Also

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində …