Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir.
Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfransında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində qadınların iştirakı dünya ortalaması ilə müqayisədə irəlidədir: “Azərbaycan qadınları ibtidai, orta və ali təhsil sahəsinə yetərincə öz töhfəsini verir. Dünyada 90 faiz qadın ibtidai təhsil alıbsa, ölkəmizdə bu göstərici 98 faizdir. Rəqəmlər orta təhsil üçün dünyada 75 faiz, ölkəmizdə 90 faiz, ali təhsil üçün isə dünyada faiz nisbəti 54, Azərbaycanda 52-53 faizdir”.