Şənbə , 11 May 2024
Drone Cameras

Bahar Muradova: “Heydər Əliyev xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirib”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli lider Heydər Əliyevin xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirdiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bunu B.Muradova I Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları, türk dünyası üçün müqəddəs hüzn günüdür:

“Heydər Əliyevin cismani mənada yanımızda olmadığı vaxtda keçən hər gün elə bir an, elə bir dəqiqə olmayıb ki, o xatırlanmasın, xatirəsi ehtiramla yad olunmasın, Azərbaycana, Azərbaycan xalqına etdiyi xidmətlər minnətdarlıq hissi ilə anılmasın. Çünki Heydər Əliyev bizim ən böyük azərbaycanlımızdır. Heydər Əliyev zamanın xalqımızın qarşısına çıxartdığı bütün çətinlikləri müdrik siyasəti və xalqın gücü ilə dəf etməyi bacarımış, xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirmişdir”.

Check Also

Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda …