Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət “Ekspres” sürət qatarını əlavə reysə cəlb edib.

Boyukmillet.com xəbər verir ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …