Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bakı-Ələt-Qazax yolunda hərəkət məhdudlaşdırılacaq

Bu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (paytaxtın Qaradağ rayonundakı DYP postu yaxınlığında) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq.

Boyukmillet.com xəbər verir ki, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …