Bazar , 22 Noyabr 2026
Drone Cameras

Bakı hava limanında gərginlik: Təyyarə havaya qalxa bilmədi…

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub. 

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …