Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Bakı Limanı ilə Gürcüstan limanları arasında blok qatarı işləyə bilər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın Poti və Batumi limanları ilə blok qatarının işləməsi təklif olunur.

Boyukmillet.com xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, belə bir marşrutun təşkil olunması, vahid tariflərin müəyyən edilməsi Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də ikitərəfli görüşdə müzakirə edilib. Görüş bu gün Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub. Tərəflər Orta Dəhlizin potensialından geniş istifadə olunması və Bakı-Tbilisi-Qars dəmiryolunun ötürücülük qabiliyyətinin artırılmasını müzakirə ediblər.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …