Cümə , 13 Mart 2026
Drone Cameras

Bakı-Şamaxı yolunu su basıb, hərəkət dayanıb

Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.

boyukmillet.com Trend-ə istinadən xəbər verir ki, yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini sel yuyub. Nəticədə yolun hərəkət hissəsində avtomobilləri hərəkətində problem yaranıb. 

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub. 

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …