Cümə , 27 Mart 2026
Drone Cameras

Bakıda əfqan şagird sinif yoldaşının valideyni tərəfindən döyülüb

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.

Boyukmillet.com xəbər verir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …