Bazar , 11 Yanvar 2026
Drone Cameras

Bakıda əməliyyat keçirilib, 33 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib, 33 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir nəticəsində əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 42 yaşlı Seymur Əliyev saxlanılıb.

Onun idarə etdiyi avtomobildən 33 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Bu şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə Biləsuvar rayonu ərazisindən əldə edib və Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …