Cümə , 3 Aprel 2026
Drone Cameras

Bakıda 25 yaşlı gənc qolundan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Boyukmillet.com”un məlumatına görə, hadisə Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Soltanov Əli Azər oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …