Bazar , 7 Dekabr 2025
Drone Cameras

Bakıda dəhşətli hadisə – Ata 2 yaşlı övladının başını kəsdi, sonra özünü…

Bu gün Bakıda dəhşətli qətl törədilib.

Boyukmillet.com xəbər verir ki, Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanında 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç bıçaqla doğma oğlu, 2018-ci ildə anadan olan Şabanov Ömər Emiloviçin başını kəsib.

Boğaz nahiyəsindən ağır xəsarətlər alan uşaq qanaxma nəticəsində hadisə yerində ölüb. Hadisəni törədən şəxs daha sonra bıçağı öz boğazına soxub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Xəstəxanaya yerləşdirilən 50 yaşlı E.Xazıyev nəzarətə götürülüb. 

Check Also

İllər əvvəl Bakıda “banda” yaradıb, DƏHŞƏT SAÇAN Xəyala hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə cinayətkar birlik təşkil edərək …