Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Bakıda həbsdə olan oğluna narkotik aparan ana saxlanıldı

Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Cavadov Miryusif Sabir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Paşayeva Ofelya Paşa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı sovqatdakı plastmas xama qabının içərisində gizlədilmiş və ümumi çəkisi 3,411 qram olan narkotik maddə – marixuana və 4,217 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …