Cümə , 27 Mart 2026
Drone Cameras

Bakıda kütləvi davada qardaşları bıçaqlayan şəxslər tutulub

Bakıda kütləvi davada qardaşları bıçaqlayan şəxslər tutulub.

Boyukmillet.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-i saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakinləri – Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.

Check Also

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, …