Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Bakıda maska qıtlığı yarandı: Qiymət ikiqat bahalaşdı

Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Bakı şəhərindəki apteklərdə qoruyucu maska iki dəfədən artıq bahalaşıb.

Boyukmillet.com bildirir ki, bu günCebhe.info əməkdaşları bir neçə aptekdə monitorinq aparıb. Məlum olub ki, qiyməti 10 qəpik olan qoruyucu maskalar ən azı 25 qəpiyə təklif olunur. “Nizami” metrostansiyası ətrafındakı apteklərdən bildiriblər ki, bu, ən ucuz qiymətdir. Çünki şəhərin mərkəzin digər apteklər maskanı 50 qəpiyə satır.

Qeyd edək ki, söhbət qoruyucu funksiyası yüksək olmayan adi tibbi maskalardan gedir. Qoruyucu funksiyası yüksək olan tibbi maskaların qiyməti 20 manatdan başlanır. Bəzi apteklərdə ümumiyyətlə satışda qoruyucu maskanın olmadığı bildirilib.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …