Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq

Bakı şəhəri Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında iki göyrüş ağacı kəsilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Xidmətə daxil olan şikayət əsasında araşdırma aparılıb.

Xidmət rəsmisi Rəvan Teymurovun sözlərinə görə, araşdırma zamanı ağacların sözügedən qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərov tərəfindən kəsildiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Check Also

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib

Salyanda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətinin Şirvan …