Bazar , 11 May 2025
Drone Cameras

Bakıda qadını qətlə yetirərək zibil qutusuna atan şəxs onun qayınatası imiş

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib.

Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İ.Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, 4 ədəd kisədə və 1 ədəd selofan torbada qonşu Nəsimi rayonuna aparıb. O, hissələrə bölünmüş meyiti Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsindəki məişət tullantıları qutularına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Check Also

21 yaşlı Rəşad anasına 57 bıçaq zərbəsi vurub- “Qonşular məni görüb, evə qaçdı” -TƏFƏRRÜAT

Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə …