Cümə , 3 Aprel 2026
Drone Cameras

Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda tibb müəssisəsində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …