Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Bakıda yeniyetməni bıçaqlayan şəxsə hökm oxunub

Bakıda yeniyetməni bıçaqlamaqda təqsirləndirilən Emil Kərimxanova hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, E.Kərimxanov mübahisə zəminində yeniyetmə T.Behbudovu bıçaqlayıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra E.Kərimxanov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Check Also

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, …