Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Bakını “cəzalandırmaq” üçün İrəvandan istifadə… – Arkov

Kollektiv Qərb və onun tərkib hissəsi Fransa (Şarl de Qollun hakimiyyəti istisna olmaqla) müstəmləkəçilik siyasətindən əl çəkmir. Onların müstəmləkəçiliyi yalnız qlobal vəziyyətin təsiri altında və qlobalizm ideyalarının karton bəzəkləri ilə dəyişir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Paşinyan diqqətini İraqın keçmiş lideri Səddam Hüseynin və xüsusilə Liviyanın eks-rəhbəri Müəmmər Qəzzafinin taleyinə yönəltməlidir. Fransa prezidentləri onları da qucaqlayıb, hətta seçki üçün onlardan pul da alıblar. Sonra da onların şəhərlərini bombardman ediblər. Və franszılar “dostlarının” ölümü zamanı sevinclərini gizlətməyiblər. Başqa ölkələrin xalqları və liderləri müstəqil siyasət yürüdən kimi, öz hüquqlarını bəyan edən kimi dərhal kollektiv Qərbin onlara olan sevgisi nifrətə çevrilir. Metropoliyalar isə öz neo-koloniyalarından istifadə edərək, onların neokoniyalarına çevrilməyə hazır olmayanları cəzalandırır. Görürük ki, Qərbin Cənubi Qafqazda maraqlarının dirijoru olan Fransa “inadkar” Azərbaycanı cəzalandırmaq üçün Ermənistandan istifadə etməyə çalışır. AB isə bütövlükdə xaricdən gələn sifarişlə Ukraynadan “inadkar” Rusiyanı cəzalandırmaq üçün istifadə edir”, – o bildirib.

Arkov qeyd edib ki, Qərb ölkələrinin hərəkətlərinin əsasını ikili standart siyasəti təşkil edir:

“Onlar vərdiş olaraq başqalarından özlərinin utanmadan tapdaladıqları, demokratiyanın əsasları üzərində uydurduqları dünya nizamının qaydalarına ciddi əməl etməyi tələb edirlər. Fransa və ya ABŞ-da nümayişçilərə qarşı əsassız, amansız rəftar bunun bariz nümunəsidir. Birbaşa Fransada baş verən hadisələrə gəlincə, onlar da neo-koloniya siyasətinin nəticəsidir. Tarixdən xatırlayırıq ki, müxtəlif koloniyalardan olan qullar çirkli işlər görmək və öz ağalarına xidmət etmək üçün metropolisə necə gətirilib. Uzun illər Fransa sənaye müəssisələri, kənd təsərrüfatı, kommunal xidmətlər, xarici legionda xidmət və bayağı ev qulluqçuları üçün əvvəllər onun müstəmləkəsi olan ölkələrdən ucuz və Yelisey sarayının inandırdığı kimi, “könüllü işçi qüvvəsi”ni “idxal etmək” siyasətini həyata keçirdi. Onların assimilyasiyası və “əsl fransız”a çevrilməsi ilə bağlı tamhüquqlu iş qəsdən aparılmadı. Beşinci Respublikanın vətəndaşlığına malik olsa belə, belə insanlar cəmiyyətdə “aşağı fransız”, müasir pleblər kimi qəbul edilir. Maraqlıdır ki, bu, təkcə Afrika, Yaxın Şərq və Asiya-Sakit okean regionundan gələn immiqrantlara münasibətdə müşahidə olunmur. Eynilə, keçmiş SSRİ respublikalarından və sosialist düşərgəsi ölkələrindən gələn mühacirlərə münasibətdə də görünür”.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …