Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Bakının ən bahalı mənzilləri bu ərazilərdə satılır – 30 milyon manata…

Hazırda Bakıda bahalı mənzillərin sayı kifayət qədərdir. Təqribən 1.8-2.5 milyon manata mənzillər var.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, həmin mənzillər əsasən şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə yerləşir.

“Elə ərazilər var ki, orada təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 8 min manatdır. Elə evlər var ki, smart sistemlə inşa olunub və yüksək standartlarla təmir olunub və yüksək qiymətə satılır.

Ancaq elə bağ evləri də var ki, açıq satışda olmasa da, qiyməti 25 milyon manata, bəzi hallarda 30 milyon manata qədərdir. Bu evlər əsasən dənizə yaxın ərazilərdə 1-2 hektar ərazidə böyük tikililərdir”, – deyə ekspert əlavə edib.

Check Also

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı …