Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilib

13 sentyabr, saat 11⁰⁰-da Bakının işğaldan azad olunmasının 104-cü ildönümü həsr olunmuş tədbir keçirilib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşkilatçılığı ilə keçirilən tədbir rəsm sərgisi ilə başladı.


 Sərginin təşkilatçısı  Elnurə İsgəndərova günün anlamını daşıyan rəsm əsərləri haqqında iştirakçılara məlumat verdi. Sonra isə “Qafqaz İslam Ordusu və Bakının işğaldan azad olunması” mövzusunda dəyirmi masa davam etdi. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yed edilib. 


Tədbiri giriş sözü açıq elan edən TOHGM İB sədri Emin Həsənli Azərbaycan və Türkiyənin qardaşlığndan, keçdiyi  keşməkeşli yollardan söz açıb. Buhunla yanaşı, tədbirdə birliyin sədri Emin Həsənli 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib ki, XX əsrin əvvəllərində Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinə əsl qardaş yarımı etdi. 


1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi.
 Belə bir şəraitdə özünün çox ağır durumda olmasına baxmayaraq, Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib.


 Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə onu ilk tanıyan dövlət də məhz Türkiyə olub. Azərbaycan tarixçiləri də Qafqaz İslam Ordusunun tarixi ilə bağlı araşdırmalara dövlət müstəqilliyimizin bərpasından sonra başlayıblar. 


15 sentyabr Azərbaycan xalqının tarixində əhəmiyyətli hadisədir. 
Hər bir azərbaycanlı bu əlamətdar günün təbliğində mühüm rol oynamalıdır. Çünki Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir.
Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun mətbuat xidmətinin rəhbəri Eldar Kərimov  Fond rəhbəri Ahmet Tecimin salmlarını çatdıraraq, Qafqaz İslam Ordusunun xidmətlərini anmaq üçün keçirilən konfransın təşkilatçılarına minnətdarlığını bildirərək, tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə etdi. 


Tədbirdə çıxış edən şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, Fred Asif adına İnkişaf Fondunun rəhbəri Ədalət Verdiyev və digər ictimaiyyət nümayəndələri də qeyd etdi ki, Qafqaz İslam Ordusunun Nuru Paşanın rəhbərliyi ilə Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi.  Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim qəlbində yaşadacaq.

Check Also

Qoruq elan edilən Ordubad şəhərinin tarixi – VİDEO

Ordubad şəhəri Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşir. Şəhər dövrümüzə qədər özünün orta …