Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Baş nazir qərar imzaladı

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) əsasnaməsi təsdiq edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qoruq Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir və öz emblemi ola bilər.

Check Also

Naxçıvan Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinad çıxarılır

Prezident İlham Əliyev martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin tətbiqi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklər …