Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

Sentyabrın 9-da Baş prokuror Kamran Əliyev “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvinninq layihəsi çərçivəsində rəhbər komitənin növbəti iclasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə hüquqi müstəvidə, o cümlədən aktivlərin bərpası sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatlarının davam etdirildiyini vurğulayaraq, bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. Cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması ilə bağlı görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prokurorluğununun benefisiarı olduğu tvinninq layihəsinin mühüm əhəmiyyəti olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Jidrunas Bartkus layihənin icrasına start verildikdən sonra görülən işlər barədə məlumat verməklə, əmlakların bərpası sahəsində ölkəmizin qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanmış qanun layihələrinin işin səmərəliliyinin artırılmasında mühüm rolu olacağını vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunaraq, Azərbaycanla Litvanın hüquq mühafizə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Check Also

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, …