Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Baş prokuror Sədərək rayonunda hərbi hissədə olub

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib.

Görüş zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qələbənin əldə olunmasındakı rolunu vurğulayıb.

Sonra bir qrup hərbçiyə xidmətdə fərqləndiklərinə görə qiymətli hədiyyələr təqdim olunub.

Baş prokuror Kamran Əliyevə sərhəd bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə bağlı ətraflı məlumat verilib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …